Demokratiya ilə belə rəhmsiz davranmırlar, Rəhimli Mikayıl!

demokratiya-ile-bele-rehmsiz-davranmirlar-rehimli-mikayil
Oxunma sayı: 972

Nəhayət ki, şahlıq quşu Mikayıl Rəhimlinin başına qondu! Rəhimli Mikayıl MSK-da azlıq adına katib təyin edildi. Elə o andan da həm demokratiya, həm də dairə və məntəqə komissiya üzvləri ilə rəhmsiz davranmağa başladı adam. Rəhimli Mikayıl unutdu ki, MSK-da azlığın hüququnu müdafiə etməlidir. Axı azlığın adına onu katib təyin ediblər. Elə bil azlıq düşməni imiş adam- qılıncını sıyırıb düşüb təmsil və müdafiə etməli olduğu azlığın canına. Unudur ki, tale ona tək bircə dəfə insanlığa, demokratiyaya xidmət üçün şərait yaradıb, şans verib, imkan tanıyıb. İmkanını, şansını zorlayır adam. Əslində zorlamır, mahiyyətini ortaya qoyur, ciddi cəhdlə özünü təsdiq edir. Özünü təsdiq üçün adama imkan tanıdılar, vəzifə verdilər- o da bunun sayəsində özünü olduğu kimi göstərir. Biz incimirik. Bəyəm adı Abdullah olan elə Allahın qulu kimi davranır, yoxsa adı Qüdrət olan qüdrətli, Cəsur olan cəsartlimi olur? Mirzə adı olan o qədər adam var ki, heç oxumaq-yazmaq bilmir. Rəhimli olmaq üçün heç də soyad önəmli deyil ki…

Demokratiya üçün tanrının tanıdığı imkanı dəyərləndirməyənlər yəqin ki, gec-tez özləri anti-demokratiya qurbanı olacaq.
“Qəzavatınız” mübarək, Mikayıl bəy! Demokratiya ilə belə rəhmsiz davranmayın, Rəhimli Mikayıl!

P.S. Bilirəm ki, bu yazı işinə çox yarayacaq. Yuxarılara nə qədər sadiq olduğunu nümayiş etdirəcən. Apar, göstər, fərəhlən. Amma bir az da rəhimli ol….

9 saylı DSK-nın üzvü Xanlar Abbas