Denktaşın dəfn oluncağı yer bəlli oldu

denktasin-defn-oluncagi-yer-belli-oldu
Oxunma sayı: 672

Yanvarın 13-də “Yakındoğu” universitetinin (YDU) xəstəxanasında vəfat edən Şimali Kipr Türk Respublikasının (KKTC) yaradıcısı və sabiq prezidenti Rauf Denktaşın basdırılacağı yer məlum olub. Məlumata görə, mərhum lider yanvarın 17-də Lefkoşa şəhərindəki “Cumhuriyyət” parkına dəfn ediləcək.

Cənazə proqramı:

KKTC-nin yaradıcı lideri üçün ilk mərasim bu gün yerli vaxtla saat 10.00-də vəfat etdiyi YDU xəstəxanasının həyətində keçiriləcək. Daha sonra Denktaşın nəəşi saat 10.30-da YDU-dan prezident aparatına (PA) aparılacaq. Saat 11.00-də mərhum lider PA-da qarşılanacaq və burada növbəti mərasim keçiriləcək.

Mərasimdən sonra saat 11.30-dan ertəsi gün saat 09.00-a qədər mərhumla vida mərasimi keçiriləcək. Bu vaxt Denktaşın nəəşinin yanında fəxri qarovul dəstəsi düzüləcək və ölkə sakinləri onun yanından keçərək liderləri ilə vidalaşacaqlar.

Saat 10.00-da Denktaşın tabutu xüsusi avtomobilə qoyulacaq və saat 10.15-də “Səlimiyə” camesinə doğru hərəkət başlayacaq. Burda cənazə namazı qılındıqdan sonra tabut yenidən avtomobilə qoyulacaq və saat 12.45-də Kireniya (Girne) qapısına doğru hərəkət başlayacaq. Mərhum liderin nəəşi saat 14.00-də “Cumhuriyyət” parkına aparılacaq və saat 14.30-da burada torpağa tapşırılacaq.

anspress