Deputat “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin reportyorlarını məhkəməyə verdi

deputat-azadliq-ve-yeni-musavat-qezetlerinin-reportyorlarini-mehkemeye-verdi
Oxunma sayı: 665

İsmayıllıdan deputat seçilən Novruz Aslanov “Azadlıq” qəzetinin reportyoru Ramin Dekonu və “Yeni Müsavat” qəzetinin reportyoru Emil Salamoğlunu məhkəməyə verib. Səbəb isə hər iki qəzetin 26 oktyabr tarixli sayında müvafiq olaraq “Nazir İvanovkada evləri 80 mindən alır” və “Füzuli Ələkbərov İvanovka kəndində onlarla ev alıb” başlıqlı reportajlar dərc olunmasıdır.

Deputat guya heç bir əsası olmayan mənbələrə istinadən yazılmış məqalələri işgüzar nüfuzuna zərbə vurmaq, deputatlıq fəaliyyətinə ləkə salmaq məqsədi güdüldüyünü bildirir.
Qeyd edək ki, hər iki jurnalist Lənkəran rayon qeydiyyatındadır. İddianı Lənkəran rayon məhkəməsinə göndərən deputat jurnalistlərdən 10 min manat təzminat və üzr istənilməsini istəyir.
N.Aslanov məhkəməyə müraciət etməzdən öncə hər iki qəzetin əməkdaşlarından İvanovka kənd sakinlərinin müsahibəsini və adlarını 10 gün ərzində təqdim olunmasını istəmişdi. Reportyorlar isə onlarla söhbət edən şəxslərin adlarını deputata təqdim etmək jurnalistika prinsiplərini pozmağa zidd olduğunu deyiblər.