Deputat baş nazirə müraciət edəcək - Fotolar

deputat-bas-nazire-muraciet-edecek-fotolar
Oxunma sayı: 634

29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov rayonun Arif İsmayılov küçəsində yaşayan sakinlərlə görüşüb. Deputatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sakinlərin şikayəti əsasında baş tutan görüşdə millət vəkilinə bildirilib ki, adıçəkilən ünvandakı evlər qəzalı vəziyyətdədir. Millət vəkili vəziyyətlə yerində tanış olub. Həqiqətən də burda evlərin qəzalı vəziyyətdə olduğunun şahidi olub. Bundan sonra millət vəkili Fuad Muradov sakinlərin problemi ilə bağlı baş nazirə müraciət edəcəyini bildirib.

Görüş zamanı Fuad Muradov sakinləri narahat edən digər məsələlərlə tanış olub, müvafiq müzakirələr aparılıb.