Deputat parlamentdə azan oxudu - Video

deputat-parlamentde-azan-oxudu-video
Oxunma sayı: 642

Ötən gün Misir Xalq Məclisinin iclasında azan qalmaqalı baş verib. Sələfi millət vəkili Məmduh İsmayıl əsr namazı vaxtının çatdığını deyərək məclisdə azan oxumağa başlayıb. Müsəlman qardaşların qurduğu “Azadlıq və Ədalət” partiyasından olan parlament spikeri Səəd Kətətni İsmayıla xəbərdarlıq edərək məclisdə məscid olduğunu deyib. “Hesab etmirəm ki, burda azana qarşı çıxan kimsə olar. Onsuzda məsciddə azan verilir. İbadət üçün yerimiz var. Xahiş edirəm azan oxumağı saxlayın. Belə davam etsəniz sizi müzakirələrdən çıxarmağa məcbur olacağam”.

Məmduh İsmayılın azan verməyə davam etməsi spikeri özündən çıxarıb: “Namaz qılmaq istəyirsinizsə xahiş edirəm məscidə buyurun”.

Məmduh İsmayıl isə azanı axıra qədər oxuyub və spiker Səəd Kətətniyə də cavab verərək yerində oturub.

islamazeri

missir.flv