Deputat sakinlərin problemlərini dinləyib - Fotolar

deputat-sakinlerin-problemlerini-dinleyib-fotolar
Oxunma sayı: 710

“Qafqazinfo”nun məlumatına görə, görüşdə zamanı Fuad Muradov seçicilərinin narahat edən məsələlər və problemləri dinləyib. Bu görüşədək millət vəkili 2010-cu ilin dekabr 15-də, 2011-ci ilin yanvar 18-də, 2011-ci ilin martın 3-də və aprel 22-də öz seçicilərini qəbul etmişdi.

Bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə millət vəkilinə müraciət ediblər. Bunlar arasında İcra Hakimiyyətindən sərəncamın alınması, şəxsi ailə məsələləri, mağazanın özəlləşdirilməsi, məişət və kommunal, hüquqi məsələ, mənzil qeydiyyatı və işlə bağlı məsələlər yer alıb.

Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələrinin aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görülüb.

Qeyd edək ki, Səbail rayonu 29-cu seçki dairəsindən deputat seçilmiş Fuad Muradov hər ay seçiciləri qəbul edir.

Səidə Teyyubqızı