Deputatlar “Avrasiya”da olublar - Fotolar

deputatlar-avrasiyada-olublar-fotolar
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, giriş sözü ilə çıxış edən universitetin rektoru professor Nazim Hüseyinli qonaqları – millət vəkilləri Qənirə Paşayeva və Məlahət İbrahimqızını professor-müəllim və tələbə heyəti adından salamladı; iştirakçıları müstəqillik günü münasibəti ilə təbrik edərək, diqqəti müstəqillik illərində Azərbaycan təhsilinə töhfələri, Avrasya Universitetinin uğurları, ümumən elm-təhsil sektorunda baş vermiş yeniliklər, qarşıda duran vəzifələr barədə danışdı.

Sonra söz millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevaya verildi. Xanım Paşayeva müstəqilliyin mahiyyəti, dövlətimizin müstəqillik yollarında keçdiyi çətin yol-lar, bu yolda verilən qurbanlar barədə fikirlərini bölüşdü. Qənirə Paşayeva bu gün hər bir Azərbaycan vətəndaşının, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızın respublikamızın tərəqqisi üçün çalışması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün öz üzərlərinə mənəvi məsuliyyət düşdüyünün fərqində olması haqqında fikirlərini bildirdi.

Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən millət vəkili Məlahət İbrahimqızı da müstəqilliyimizin böyük nemət olduğunu, müstəqil respublikada yaşamağın böyük qürur qaynağı olduğunu bildirdi. O, ümummilli lider Heydər Əliyevin titanik səyləri nəticəsində res-publikamızın müstəqilliyinin geridönməz xarakter daşıdığını vurguladı.