Deputatlarımız PKK-nı lənətlədilər

deputatlarimiz-pkk-ni-lenetlediler
Oxunma sayı: 663

Modern.az saytına danışan Məlahət İbrahimqızı deyib ki, PKK ilə mübarizədə Türkiyə bütün imkanlarını səfərbər edib son terorçu qalana qədər onları məhv etməlidir:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı Türkiyənin hər zaman yanındadır, necə ki, Türkiyə Azərbaycanın yanındadır. Biz də Türkiyənin kədərini paylaşırıq. Möhtərəm Prezidentimiz də PKK-nı teror təşkilatı kimi tanımaqda acıq-açkar bəyanat verib. Biz strateji müttəfiq kimi hər zaman biri-birmizə dəstək verməyə hazırıq. Bunu hər zaman dövlətlərimiz əməli işlərində də göstərib. Türkiyə xalqına səbr diləyirəm, bir də belə bir halın olmamasını arzulayıram”.

M.İbrahimqızının sözlərinə görə, türk xalqı indi üzgün olduğu qədər də inamlıdır: “Əmindirlər ki, PKK örgütünü məhv edəcəklər. Türkiyənin ordusu dünyanın ən güclü ordularındandır. Terrorun müharibədən fərqi ondan ibarətdir ki, qəfldən gözlənilməyən yerdə baş verir, bu da böyük bir ajiotaş, həyəcan yaradır. Bütün bunlara baxmayayaraq, Türkiyə hökuməti də, ordusu da PKK-ın tam məhv olunmasına qadirdir. Əminəm ki, yaxın illərdə bu problem öz həlini tapacaq”-deyə M.İbrahimqızı qeyd edib.

Qənirə Paşayeva Modern.az saytına açıqlamasında azərbaycanlıların bu hadisədən Türkiyədəki insanlar qədər kədərləndiyini deyib.

O, bildirib ki, Avropa Şurası Parlament Assambleyasının son sessiyası zamanı bu quruma üzv dövlətləri Türkiyənin terrorizmlə mübarizəsinə daha çox dəstək verməyə çağırıb: “Çıxışımda terrorun beynəlxalq səviyyədə böyük bir təhdid olduğunu vurğuladım. Qeyd etdim ki, dünyanın harasında doğulmasından, yaşamasından asılı olmayaraq, türk insanlarının hamısı bu hadisələrdən çox ciddi narahat olurlar. Azərbaycan hər zaman terrorla mübarizədə Türkiyənin yanındadır”.

Deputat beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları terrorla mübarizədə Türkiyəyə dəstəyi artırmağa çağırıb.

Modern.az