“Deyəsən, anam dəli olub”

deyesen-anam-deli-olub
Oxunma sayı: 649

O, min nəfərlik yemək paketi hazırlayaraq Somalidəkilərə yardım göndərib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Afrikadakı aclıq sənətçiyə necə təsir edibsə, evindəkilərin günü də qara olub. Qızı Zəhraya “şükr etməyi unutma” deyən sənətçi, hətta qızının xərcliyini də azaldıb. Evdəki xidmətçilərinə isə heç bir qidanın israf edilməməsilə bağlı tapşırıq verib. Onlara “soyuducudakı meyvələr çürüsə, onları sizə yedirəcəyəm” deyib. Hətta çörəyin atılıb-atılmadığını öyrənmək üçün tez-tez zibil qutularını yoxlayır. Qızı Zəhra isə anasının bu hərəkətlərindən şoka düşdüyünü deyib. Zəhra dostlarına “Deyəsən, anam Somalidəkilərə üzülməkdən dəli olub” deyib.

Nigar Məmmədli