“Deyin ki, Rafiq Tağını öldürənlər həbs olunmalıdır”- Etiraz

deyin-ki-rafiq-tagini-oldurenler-hebs-olunmalidir-etiraz
Oxunma sayı: 638

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Deyerler.org”a qeyd edilən bəyanatla bağlı fikirlərini bölüşüb: “Mən bəyanata qol çəkənlərin siyahısına baxdım. Sonradan onların bəziləri imzalarını geri götürdülər. Mən çox sevindim ki, o adamlar oxumadan həmin bəyanata qol çəkiblər. Rafiqin öldürülməsi haqda araşdırma aparmaq, qatili tapmaq və onu öldürənlərə cəza vermək dövlətin işidir. Amma İslam dinini buna qatmaq çox bəsit və çox iyrənc bir işdir. Bu təkcə mənə deyil, bizim bütün komandamıza çox pis təsir etdi. Biz bununla bağlı mətbuata konfransı keçirmək də istəyirik.

Bizim hər şeyimizi əlimizdən alıblar, bircə dinimiz qalıb. İndi dinimizi də əlimizdən alandan sonra nə olacaq?! Bəyanatda Avropaya istinad edirlər. Avropanın bütün milləti səhərdən axşama kimi kilsələrdədir. Avropanın bütün milləti əllərində şam səhərdən axşama kimi öz dini ibadətxanalarındadırlar. Bizim də bir qədər abrımızı, ədalətimiz, bir-birimizə münasibətimizi, Allahdan qorxmağımızı saxlayan dindir. O dini də əlimizdən alsalar, biz nəyə lazımıq, nə millətik, haradan gəlmişik?! Doğurdan da mənə çox pis təsir etdi.

Bəyanat qəbul edin, buna bir söz deyən yoxdur. Deyin ki, Rafiq Tağını öldürənlər həbs olunmalıdır. Amma bizim öz daxilimizdə dini belə iyrənc vəziyyətdə təqdim etmək mənim üçün çox ağır oldu.

Baxmayaraq ki, mənim həyat yoldaşım yəhudidir, onların öz dinlərini məhəbbəti çox güclüdür. Onların dininə olan sevgi qədər bizdə öz dinimizə məhəbbət yoxdur. Biz özümüzü bu qədər alçaltmamalıyıq. Buna görədir ki, hamı ölkədən çıxıb gedir, bizə bu qədər nifrət edirlər. Başqa məsələdir ki, mollalar savadsızdır, İslam dinini bilmir, bəziləri heç bilmək də istəmir.

Bu məsələni qaldırmaq lazımdır və dəyirmi masa keçirmək, müzakirə etmək lazımdır. Bunun doğurdan da pis nəticələri ola bilər. İranı bu məsələlərə qatmasınlar. Biz özümüz öz daxilimizdə məsələlərimizi həll etməliyik. İslam dini bizim dinimizdir və ona hörmət olunmalıdır. Nəinki hörmət etməliyik, biz dinimizi sevməliyik. Biz hamımız bir şey edəndə “Ya Məhəmməd (s)”, “Ya Əli (ə)” deyirik. Bununla yanaşı, belə bir alçaltma qəbul edilməzdir”.
Deyerler.org