“Dəyişiklik üçün iş görmək lazımdır”

deyisiklik-ucun-is-gormek-lazimdir
Oxunma sayı: 652

Bu sözləri “Qafqazinfoya”ya açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Fuad Muradov bildirib. Deputat daha sonra deyib ki, Azərbaycan-Fransa münasibətləri ümumi maraqlar əsasında qurulub. Bu baxımdan hakimiyyətdə kimin olmasından aslı olmayaraq, istər parlament səviyyəsində, istərsə də ölkə başçıları səviyyəsində əməkdaşlığımızı davam etdirəcəyik. Hesab edirəm ki, biz Fransanın yeni hakimiyyəti ilə əməkdaşlığımızı davam etdirəcəyik. Bildiyimiz kimi, Fransa həmsədr ölkələrdən biridir. Təbii ki, mütəmadi olaraq bu ölkə ilə sıx əlaqədə olmalıyıq. Son zamanlar Fransada keçirilən mədəni tədbirlər buna əsas verir ki, biz bir-birimiz daha da yaxşı tanıyaq. Ümid edirəm ki, yeni hakimiyyətlə bizim yaxşı əməkdaşlığımız formalaşacaq”.
Fransua Ollandın Fransaya yeni prezident seçilməsini müsbət qiymətləndirən F.Muradov həmsədr ölkənin bundan sonrakı proseslərdə Qarabağ münaqişəsinin həllində nümayiş etdirəcəyi mövqedə ciddi dəyişikliyin olmayacağını bildirib. Deputat vurğulayıb ki, yeni hakimiyyət daha çox daxili məsələlərin həllinə can atacaq.

“Biz çalışmalıyıq ki, Fransanın yeni hakimiyyətinə Qarabağ həqiqətlərini fəal şəkildə çatdıraq. Geosiyasi vəziyyətə gəlincə, Fransa kimi ölkələr öz xarici siyasətlərini daxili məsələr əsasında qurmurlar. Onların dövlət olaraq öz mövqeləri var. Təbii ki, bu istiqamətdə yeni metodlar mütləq olacaq. Çünki hakimiyyətə gələn partiyanın da öz siyasi prioritetləri var. Qarabağ probleminin həllində ciddi dönüş gözləməyə dəyməz. Amma buna baxmayaraq, dostluq-qardaşlıq əlaqələrimizi davam etdirərək Fransa hakimiyyətinə Qarabağla bağlı dolğun bilgilər verməliyik. Həmçinin Fransanın ATƏT-in Minsk qrupunda fəallığına səy göstərməliyik”-deyə F.Muradov əlavə edib.

modern.az