Diasporaya xərclənən pullar

diasporaya-xerclenen-pullar
Oxunma sayı: 645

Bu verlişlərin auditoriyası və təsir effekti haqqında danışmaq ayrı mövzudur. Bu kimi verlişlərin hazırlanmasına Azərbaycan tərəfinin xərclədiyi vəsait o qədər olmaya bilər. Bundan ötrü həmin verlişin hazırlanmasında maraqlı olan telejurnalistin və televiziya kanalıının Azərbaycana olan marağını artırmaq və marağı təmin etmək lazımdır.

Misal üşün BBC, CNN, Aljazeera kanalının jurnalistləri Azərbaycanda normal münasibətin və yaxud Azərbaycanın təbliğ olunmasında dövlət və cəmiyyətin marağını görsələr, onların sərbəst işləməsinə şarait yaradılarsa o zaman Azərbaycanın təbliği üçün nələri ediləcəyini görə bilərik. Təbii ki, bundan ötrü Azərbaycann açıq bir ölkə olmalıdır.

Ölkənin təbliği üçün xərclənən pullardan danışdım. Azərbaycan diasporasının saxlamaq üçün ayrılan vəsaitin həcmi barəsində dəqiq rəqəmlərə malik deyiləm. Diasporanın infrastrukturunun saxlanması dövlət siyasətinin tərkib hissəsidir. Bunu etməyə ehtiyac vardır. Amma, diasporaının keçirdiyi tədbirlər və onların Azərbaycanın təbliği sahəsində atdığı addımlar isə əhatə dairəsinə görə aşağı səviyyədə olduğundan bu tədbirlərə xərclənən pullar az effect veririr.

İstisna hal olaraq Prezidentin qızı Leyla Əliyevanın, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun keçirdiyi tədbirlər və həmin tədbirlərdə əcnəbilərin iştirakını göstərmək olar. O tədbirlərin keçirilməsi zamanı beynəlxalq mətbuatın, vəzifəli və cəmiyyətə təsir imkanı olan şəxslərin cəlb olunması onun əhəmiyyətini artırır.

Diasporaının digər tədbirləri isə əsasən xaricdə yaşayan Azərbaycanlılara, türklərə, irandan olan soydaşlarımıza, təsadüfi hallarda bizim diaspora ilə qohumluq, dostluq, qonşuluq edən əcnəbilərə istiqamətlənib. Mən Almaniyada diasporanın keçirdiyi bir tədbirdə olmuşam. Orada Azərbaycanın Dağlıq Qarabağ problemindən danışılırdı, zalda isə bir nəfər də olsun belə əcnəbi yox idi. Əsasən Almaniyada və digər ölkələrdə təhsil alan tələbələr həmin tədbirə qatılmışdı.

Bu yaxınlarda BBC kanalı Azərbaycanda Engelbert Humperdinck təbliği ilə bağlı 5 dəqiqəlik sujetini seyr etdim və bu qənaətə gəldim ki, Azərbaycanı beynəlxalq aləmdə ən çox təbliğ edən məhz bu cür sujetlər olacaq. http://www.youtube.com/watch?v=ZPwRvJ2hHkk

Ondan ötrü isə:
• Azərbaycanda juralistlərin işinə normal şərait yaradılmalı,
• “Eurovisiojn 2012” ərəfəsində ölkə rəhbərliyi dünya mediasına Azərbaycanı yaxından tanımaqda hər cür şəraitin yaradılacağı ilə bağlı müraciət etməli,
• Azərbaycan vətəndaşları bu ölkəni yaxşı tanıtmaq üçün, jurnalistlərlə işləmək vərdişinə yiyələnməli. (Bu təsadüfi deyil, Bu yaxınlarda bir əcnəbi kanalı küçədə müsahibələr alınması zamanı müşaiyət edirdim. Kameraya bir söz deyən qadın, kamernı söndürən kimi rus dilində başqa söz dedi. Bunu eşıdən jurnalist isə mənə işarə edib bu müsabibdən imtina etdiyini bildirdi. Sonra isə əlavə etdi: “bu iki üzlülükdür”).

Əvəz Həsənov