Diktator qəbrindən çıxarılacaq

diktator-qebrinden-cixarilacaq
Oxunma sayı: 640

Komissiya Valle de los Caidos-un (Şəhidlər Vadisi) sadəcə İspaniya üçün həyatlarını itirmiş şəhidlər üçün ayrılmasını istəyib.

Xatırladaq ki, Avropada son faşist lider olan General Fransisko Frankonun məzarı heyranları tərəfindən mütəmadi olaraq ziyarət olunur. Onunla birlikdə Şəhidlər Vadisi məzarlığında 33 840 min əsgər dəfn olunub. Amma müasir ispanlar diktatorun onların şəhidləri ilə eyni məzarlıqda olmasını istəmir. Uzun zamandır bu istiqamətdə aparılan mübarizədən sonra nəhayət ki, komissiya diktatorun qəbrinin köçürülməsi qərarını təsdiqlədi.