Diktator uşaq oyuncaqları alıb

diktator-usaq-oyuncaqlari-alib
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, ölkə mətbuatı prezident Kim Çen Inın 150 min avro dəyərində uşaq əşyaları aldığını bildirib. Diplomatik mənbəyə istinad edən nəşrin yazdığına görə, alınan əşyalar arasında geyimlər, oyuncaqlar, balaca çarpayı, beşik və sair bahalı ləvazimatlar olub.

Qeyd edək ki, mətbuatda Kim Çen Inın həyat yoldaşı Li Sol Judan hələ 2010 –cu ildə uşağının olması ilə bağlı xəbərlər yayılmışdı.

Qəzet Koreya liderinin digər xərclərindən də bəhs edib. Belə ki, Kim Çen Inın ev saunası üçün alman və Finlandiya istehsalı olan ləvazimatlar sifariş verdiyi deyilir. Bundan başqa, Avropadan Kanvondo əyalətində xizək kurortunun tikintisi üçün də materiallar gətirilib. Lakin nəşr qeyd edir ki, kurort ancaq yüksək vəzifəlilərin istifadəsi üçün nəzərdə tutulub.

Nəşr, eyni zamanda ölkə lideri üçün İngiltərə istehsalı və dəyəri 10 milyon dollar olan iki gəminin də alındığını yazıb. Hazırda Çində saxlanılan bahalı ləvazimatların BMT sanksiyalarına görə ölkəyə buraxılmasına icazə verilmədiyi qeyd olunur.