Dilimizdəki bəzi sözlərin izahlı lüğəti

dilimizdeki-bezi-sozlerin-izahli-lugeti
Oxunma sayı: 662

SOYUQ – borca görə qaz xətti kəsilmiş kasıb evi.
QARANLIQ – borca görə işığı kəsilmiş kasıb evi.
AC – neft ölkələrində milyonerlərın rahat həyatına mane olmamaq üçün sakitcə yaşayan statistik müsəlman insan.
UCUZ – yeyilməsi qəti qadağan olunan malların mağaza qiyməti.
BAHA – kasıbların qovulduğu mağazalardakı malların üstündəki yarlıq.
BİHUŞ – teleseryal izləyən valideyin.
SƏHƏR – ayılıb özünü öz vətənində görməyin dözülməz məşəqqəti.
AXŞAM - əsəb, siqaret və araq qoxusunun boş ciblərdə evə daşınması.
YALTAQ – öz vəzifəsində qalmaq istəyən bülbül.
TOY – axmaq kasıbın harınlarla ayaqlaşmaq instinkti.
YAS – meyit ətrafında ət yemək mərasimi.
XƏSTƏ – milyarder olmaq istəyən milyoner.
MİTİNQ – polisin döydüyü əliyalın insanlara qarşı gülləkeçirməz jilet geyməsi.
MİTİNQ ŞÜARI – fəal vətəndaşların ayaqlar altında təhqir olunan arzusu.
QƏZET – qorxağın kağıza bükülmüş cəsarəti.
XARİCİ SƏFİR – ögey ata.
OMBUSMAN – ögey ana.
TELEVİZOR – infeksion xəstəliklər çəmənliyi.
QADIN – ərindən 3 metr hündürlüyə tullanmağı tələb edən triner.
KİŞİ – çarəsizlikdən kişmişi gülən erkək.
KABAB – vəhşi millətin mədəsinin sevimlin əmioğlusu.
SİQARET – xərçəng ağanın qapısında fəhləlik eləyən yonca və günəbaxan şaxının müştərək tüstüsü.
METRO – gənclərin mobil telefon sərgisi.
AVTOBUS – sükanı buraxıb qəpik sayan sürücünün gəmi kapitanlığı.
APTEK – gündəlik tələbat mağazası.
BANAN – hakimiyyətin uşaqlara göstərdiyi gizli buynuz.
BAYRAQ – vida yaylığını uzaqlardan yelləyən xoşbəxtlik.
QADIN SƏADƏTİ – mənzili və iş yeri olan idbara ərə getmək.
KİŞİ SƏADƏTİ – vətəndən qaçaraq xristian ölkələrinin birində xristian xanımla yaşaya-yaşaya pul qazanıb milli ailəsinə göndərmək.
AVTOVAĞZALIMIZ – qaraçı dövlətinin maketi.
DƏMİRYOL VAĞZALIMIZ – tualet qoxusu ilə vərəmli bəlğəmin qarışığı.
NƏŞRİYYAT – reket jurnalistlərin birləşmiş ştatlar göydələni.
MİLLİ MƏCLİS – cinayətləri məhkəmədən sığortalanmış milli mafiozların dövlət orkestri.
AZƏRBAYCAN MƏSCİDİ – İranın bölgədəki fövqəladə və səlahiyyətli ofisi.
GÜLMƏLİ ADAM – öz haqqını tələb eləyənlərə gülərək evdə oturan hüquqsuz ailə başçısı.
AĞLAMALI ADAM – öz haqqını tələb eləyənlərə gülərək evdə oturub televizora baxan hüquqsuz ailə başçısı.
KAFE OFİSANTI – pinti koramal.
RESTORAN OFİSANTI – səliqəli vampir.
QIZ QALASI - ən romantik intiharın start yeri.
AZADLIQ – tikanlı məftillə çəpərlənmiş qəzet, radio və meydan.
NAXÇIVAN – Bakıda firavan yaşayan həmyerlilərinin əvəzinə cəza çəkən çarəsiz sakinlərin inlədiyi məkan.