DİN-dən “insan alveri” açıqlaması

din-den-insan-alveri-aciqlamasi
Oxunma sayı: 706

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu cinayətlər üzrə 15 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 26 qurban müəyyən olunub.

Ötən ilin anoloji dövründə respublikada 57 cinayət faktı qeydə alınmış, 21 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, 27 qurban müəyyənləşdirilmişdi.

Bu il qeydə alınan insan alveri cinayətlərindən bir fakt əməyin istismarı ilə bağlı olub. Belə ki, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq Rusiyaya aparıblar. Hazırda həmin faktla bağlı araşdırma aparılır.

Bir fakt isə ananın yeni doğulmuş uşağını satması ilə əlaqədar olub. Qadın uşağını satmaq istəyərkən İdarənin əməkdaşları tərəfindən saxlanılıb.

Qeydə alınan digər faktlar isə qadınların cinsi istismarı ilə bağlı olub.

İdarədən bildirilib ki, Azərbaycandan qadınlar cinsi istismar məqsədilə Türkiyə, BƏƏ, İran və Rusiyaya aparılır.

İnsan alveri qurbanlarından 18 nəfərin hər birinə 200 manat məbləğində birdəfəlik müavinət, 6 nəfərə isə Qurbanların Kömək Fondundan yardım verilib.

İnsan alverinin qurbanı olmuş 15 nəfər sığınacağa yerləşdirilib.