DİN-dən sürücünü döyən polislə bağlı reaksiya - Video

din-den-surucunu-doyen-polisle-bagli-reaksiya-video
Oxunma sayı: 667

“Youtube” internet portalında Azərbaycanda yol polislərinin sürücüyə qarşı kobud davranışını əks etdirən video yayılıb. Kadrlarda sürücünü döyən yol polisinin avtomobilinin nömrə nişanı da qeydə alınıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidovun ANS-ə verdiyi məlumata görə, məsələ ilə bağlı lazımi araşdırma aparılacaq. Araşdırmalardan sonra müvafiq qərar veriləcək.