DİN Gəncədəki kriminalla bağlı məlumat yaydı

din-gencedeki-kriminalla-bagli-melumat-yaydi
Oxunma sayı: 707

Məlumatda bildirilir ki, 2011-ci il avqustun 15-də saat 02.30 radələrində, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Eldəniz Məmmədov əməliyyat qrupunda olarkən üstündə olan xidməti tabel silahı ilə ehtiyatsız davranıb. Bu zaman açılan bir atəş nəticəsində Gəncə şəhər sakini Rövşən Məmmədov sol qolunun dirsək nayihəsindən, polis serjantı Maarif Ələsgər isə sağ budundan xəsarət alıb. Hər iki yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

R.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, M.Ələsgərovun isə vəziyyəti qənaətbəxşdir. Faktla bağklı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.