DİN-in əməkdaşı yaralandı

din-in-emekdasi-yaralandi
Oxunma sayı: 649

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, insident “Kovçek” adlı kafedə baş verib. Əvvəlcə mübahisə edən tərəflər daha sonra 30 yaşlı Vyaçeslav Xoxlinin travmatik tapançadan açdığı atəşlə əlbəyaxa davaya keçiblər. Kapitan ilk olaraq qarşı stulda əyləşən azərbaycanlılara yeddi dəfə atəş açıb. Qarşı tərəf isə cavab olaraq stolun üstündəki bıçaqla kapitana dörd bıçaq zərbəsi endirib.

Nəticədə konflikt iştirakçıları xəstəxanata yerləşdiriliblər. 50 yaşlarında Radimov soyadlı həmvətənimiz körpücük sümükləri, əl və ayaqlarından yara alıb. 25 yaşlı Turan Hüseynov isə çiynindən yaralanıb.

Kapitan Xoxtinin isə vəziyyətinin daha ağır olduğu deyilir. Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib və məsələ ilə bağlı cinayət işi qaldırılıb.