“Dinamo”nun futbolçusu “Neftçi”ni qoza bənzətdi

dinamonun-futbolcusu-neftcini-qoza-benzetdi
Oxunma sayı: 819

Qol.Az-ın Xorvatiya mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyununda “Neftçi” üzərində böyükhesablı qələbə qazanan “Dinamo” klubunun müdafiəçisi Domaqoy Vida deyib.

Təcrübəli futbolçu “Neftçi”nin möhkəm qoza bənzədiyini, ancaq “Dinamo”nun “ağ-qaralar”dan güclü olduğunu söyləyib:

“Bu komanda bizə xüsusi çətinlik yaratmadı. Bu komanda aabir hücum etməyə cəhd göstərsə də, biz onlardan topu oğurlaya bilirdik. Hesab edirəm ki, biz öz işimizi layiqincə görə bildik. Üç cavabsız qol vurduq. Bu, bizim üçün ən arzuolunan nəticə ola bilərdi.

Bütövlükdə isə, “Neftçi” əsl möhkəm qoza bənzəyirdi. Amma “Dinamo” daha güclüdür. Elə buna görə də onlara üç cavabsız qol vura bildik. Beləliklə də, ilk oyunda qarşımıza qoyulan vəzifənin öhdəsindən asanlıqla gəlmiş olduq”.

“Dinamo”lu müdafiəçi cavab oyununda da “Neftçi”yə heç bir şans tanımadığını bildirib: “Biz Bakıya böyük üstünlüklə yollanırıq. Amma arxayınlaşmamığımız çox vacibdi. Çünki hələ yolun sonuna çatmamışıq. Əgər biz cavab matçına da lazımınca köklənə bilsək, “Neftçi”nin heç bir şansı qalmayacaq”.