Dindarlar və gənclər ayağa qalxdılar - Mitinq olacaq

dindarlar-ve-gencler-ayaga-qalxdilar-mitinq-olacaq
Oxunma sayı: 685

“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə yayılan məlumatlarda açıq şəkildə aksiyaya çağırış edilir və ölkədəki bütün dindarların bu mitinqə qatılması istənilir. Aksiyanın şüarları “Hicaba azadlıq!” və “Hicab bizim namusumuzdur, ona uzanan əllər kəsiləcək!” olacaq.

Bundan əlavə, Nazirlər Kabineti (NK) bir müddət əvvəl ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı qərarı da ciddi narazılığa səbəb olmağa başlayıb. Belə ki, indiyə qədər əksər siyasi partiyalar və gənclər təşkilatları ali təhsil ocaqlarında təhsil haqlarının artırılmasına etirazlarını bildiriblər. Ancaq bu etirazların heç biri bəyanat səviyyəsindən o yana keçməyib. Sosial şəbəkələrdə bir qrup gənc təhsil haqlarının artırılmasına etiraz əlaməti olaraq aksiya keçirəcəkləri ilə bağlı məlumat yayıblar. Həmin məlumatda deyilir ki, iyulun 1-də saat 18:00-21:00 aralığında “Fəvvarələr” meydanında etiraz aksiyası keçiriləcək. “Universitetlərdə qiymət artımına etiraz edək!” devizi altında keçiriləcək aksiyanın təşkilatçıları isə heç bir siyasi qurumu təmsil etmədiklərini vurğulayıblar.

Qeyd edək ki, heç bir siyasi təşkilatı təmsil etməyən həmin gənclərin şəhərin mərkəzində aksiya keçirmələri ilk hadisə deyil. Eyni zamanda, bu, 11 martdan sonra keçirilməsi nəzərdə tutulan aksiyalardan biridir.