Dindarlara “iPhone” qadağası

dindarlara-iphone-qadagasi
Oxunma sayı: 643

Ölkəsində “Dürüstlük moizəçisi” kimi məşhur olan Lior Qrazer açıqlamaları ilə kifayətlənməyərək məhəllə sinaqoqunda “əxlaqi hərəkət” mövzusunda moizə oxuyub və kürsünün üstünə qoyduğu iPhoneni çəkiclə sındırıb.

Xatırladaq ki, daha əvvəl də bəzi yəhudi din xadimləri çox funksiyalı mobil telefonları pisləyən bəyanlar yaymış, bu fikirlərini başda pornoqrafiya olmaqla bir çox günah əməlin bu telefonlarla mümkün olması ilə açıqlamışdılar.

Son hadisə isə ölkə ictimaiyyəti arasında bu barədə mübahisələri yenidən alovlandırıb./anspress/