“Dini-etiqad azadlığından sui-istifadəyə yol vermək olmaz”

<b>“Dini-etiqad azadlığından sui-istifadəyə yol vermək olmaz”</b>
Oxunma sayı: 153

Trend-in məlumatına görə, bunu cümə axşamı "Azərbaycanda tolerantlıq ənənələri və dinlərarası dialoq" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. "Dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətini genişləndirməsinə, xalqımızın yüzillər boyu formalaşmış dözümlülük ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadə etməsinə yol vermək olmaz", - Orucov deyib.

Dövlət Komitəsi sədrinin fikrincə, indiki dövrdə Azərbaycanda dini vəziyyətin və dini dözümlülüyün səviyyəsini müəyyən etmək üçün qeydiyyatdan keçərək rəsmi fəaliyyət göstərən dini icmaların sayına baxmaq kifayətdir.

Hazırda ölkədə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma rəsmi fəaliyyət göstərir ki, sonunculardan 23-ü xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi, 1-i isə Krişna şüurunu təmsil edir.

Azərbaycanda ümumilikdə 11 kilsə (Bakıda 3 pravoslav, 1 katolik, Gəncədə və Xaçmazda 1 pravoslav, Qəbələdə 1 alban-udi, Qaxda 4 gürcü-pravoslav kilsəsi) və 6 sinaqoq (Bakıda 2, Oğuzda 2, Qubada 2) fəaliyyət göstərir. Ölkədə xristianlığın müxtəlif təriqətlərinə mənsub insanlar tərəfindən dini mərasimlərin icra edildiyi 26 ibadət evi var.

Orucov bildirib ki, bu gün Azərbaycan hökumətinin qarşısına qoyduğu əsas məqsədlərdən biri vətəndaşların vicdan azadlığını təmin etməklə yanaşı, tarixən ölkəmizdə formalaşmış və xalqımızın xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələrini daha da inkişaf etdirmək və dövlət-din münasibətlərini tənzimləməkdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi