Dini Komitənin sədri ziyalılardan danışdı

dini-komitenin-sedri-ziyalilardan-danisdi
Oxunma sayı: 716

SalamNews-un verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov “Şəms Təbrizidən Mövlanəyədək. İrfan xəzinəsindən Azərbaycan izləri” mövzusunda keçirilən elmi konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu gün mədəniyyətlərarası dialoq üçün gözəl məkandır: “Biz bundan sonra da Azərbaycanın mədəniyyətlərarası dialoqun qorunub saxlanması və onun inkişaf etdirilməsi istiqamətində səylərimizi davam etdirməliyik. Ziyalılar, alimlər və açıq düşüncəli insanlar bu işə öz töhfəsini verə bilər”.

Komitə sədri onu da bildirib ki, Azərbaycanın gələcəkdə tolerant və mədəniyyətlərarası dialoq üçün yaxşı məkan olaraq qalması üçün gənclər də bu yöndə tərbiyə olunmalıdır.