Dini paltar geyinmək qadağan olundu

dini-paltar-geyinmek-qadagan-olundu
Oxunma sayı: 758

“Qafqazinfo”un azerimuslims.com saytına istinadən xəbərnə görə, müsəlmanların yaşadığı Sintzyan-Uyğur vilayətinin İnin şəhər rəhbərliyi milli azlıqların nümayəndələrinin niqab və ərəb milli paltarı geyinmələrinə, eləcə də saqqal saxlamalarına qadağa qoyub.

Şəhər rəhbərliyinin internet saytında yerləşdirilən qadağaya dair məlumat geniş oxucu kütləsi tərəfindən yayıldıqdan sonra etirazlara səbəb olub. Xəbərlərdə məhz bundan sonra məlumatın sözügedən saytdan yığışdırıldığı, ancaq buna rəğmən qadağa ilə bağlı xəbərin artıq digər internet saytlarında öz əksini tapdığı bildirilib. Həmçinin, xəbərlərdə İnin şəhər rəhbərliyinin sözügedən məsələyə heç bir münasibət bildirmədikləri də qeyd edilib.

Bu arada BBC-nin verdiyi məlumata görə, Çin hökuməti “dini şüurun azaldılması və sağlam sivil cəmiyyətə yönəlmə” kampaniyasını genişləndirir. Artıq vilayətlərdə milli azlıqların vəziyyətinə dair hesabatların hazırlanması məqsədilə işçi qrupunun yaradıldığı da bildirilib. İşçi qrupunun hazırladığı hesabatlarda milli azlıqların həyat şəraitinin, eləcə də mağaza və geyim fabriklərinin də yoxlanılacağı xəbər verilib.

Çoxsaylı çinli internet istifadəçiləri isə hökuməti mili azlıqların adət-ənənələrini ləğv etməklə onları məhv etməkdə ittiham edirlər.