Dini təhqir edən rəssam məhkəməyə çağırıldı

dini-tehqir-eden-ressam-mehkemeye-cagirildi
Oxunma sayı: 664

“Hürriyət” qəzetinin (Türkiyə) yazdığına görə, buna səbəb rəssamın satirik “Pinqvin” jurnalında dərc etdirdiyi karikaturadır.

Məsciddə namaz qılan insanları təsvir edən karikaturaçı onlardan birini əl telefonu ilə Allaha zəng edərək “vacib işlərinə görə” namazı yarımçıq qoymağa icazə istəyirmiş kimi göstərib. Məscidin iç divarında isə kiçik şriftlə “Allah yoxdur, din yalandır” sözləri həkk olunub.

Oxucuların çoxsaylı şikayəti İstanbul baş prokurorunun Bahadır Baruter haqqında iş açması ilə nəticələnib. Günahkar bilinəcəyi təqdirdə onu bir il həbs cəzası gözləyir.


"Media forum"