Diqqət: Sabah özünüzü gözləyin!

diqqet-sabah-ozunuzu-gozleyin
Oxunma sayı: 671

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, iyul ayının 8-də yüksək temperatur fonunda ölkə ərazisinə daxil olan qısamüddətli istilik dalğası nəticəsində maksimal temperaturun Aran rayonlarında və Naxçıvan MR-da 40-42 dərəcə, Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 35-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcəyədək isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

İyulun 08-də Abşeron yarımadasında zəif gilavar küləyi, bəzi saatlarda havada durğunluq, oksigen sıxlığının azalması ilə müşayiət olunan xəzriqabağı şərait zamanı günorta saatlarında qızmar isti temperatur diskomfortu meteohəssas, xüsusilə ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyinin müdaxiləsi ilə meteohəssas insanlar üçün yaranmış gərgin vəziyyət aradan qalxacaq.

Nigar Məmmədli