“Diqqətli və səliqəli maşın sürürəm”- Mövqe

diqqetli-ve-seliqeli-masin-sururem-movqe
Oxunma sayı: 720

Maşını olan da qəza keçirir, olmayan da. Çoxlarının nəzər-diqqətində olan şou-biznes nümayəndələrinin qəzaları isə ən çox müzakirə olunanlar sırasındadır.

Bəs, görəsən, Azərbaycan şou-biznesinin tanınmış simaları yolda tez-tezmi qəzalar törədirlər? Bu sualı Milli.Az xəbər portalının əməkdaşı populyar rəqqasə Oksana Rəsulovaya ünvanladı.

"Mən yol qaydalarının hamısına əməl edirəm. Elə bir qayda yoxdur ki, riayət etməyim. Ancaq buna baxmayaraq, hətta mən heç bir qaydanı pozmasam belə, başıma iş gələ bilər, qəzaya düşə bilərəm. Çünki yolda 20 faiz insan qaydalara əməl edirsə, qalanı etmir. Onlar yolda təhlükə yaradırlar. Mən elə insan tanıyıram ki, dəfələrlə yol qəzası törədib, lakin eyni səhvi hər zaman təkrar edir", - Oksana Rəsulova dedi.

Populyar rəqqasə bəzi kişilərin qadının maşın sürməsinə heç də isti münasibət bəsləmədiklərini də bildirdi:

"Kişilərin əksəriyyəti qadınların maşın sürmələrinə qarşıdır. Bunu da bizim maşın sürə bilməməyimizlə izah edirlər. Mən şəxsən bu sözü özümə götürmürəm. Çünki çox diqqətli və səliqəli maşın sürürəm. Lakin elə qadınlar görürəm ki, heç bir qaydaya riyayət etmirlər. Bir neçə qadına görə kişilərdə belə bir təəssürat oyanıb ki, qadınlar maşın sürməməlidirlər".