Dırnaq işarələri və barmaq işarələri

dirnaq-isareleri-ve-barmaq-isareleri-
Oxunma sayı: 2251

Gəlin belə fikirləşək: Elnuru titrədən mənim ona tutaq ki, “niyə təhqir yazırsan?”– deyə irad tutacağımdan yana qorxu deyildi, sadəcə, içində özü də bilirdi ki, nahaq iş görüb və bu səbəbdən də vicdanı əsirdi. İçində əsə-əsə də olsa vicdan qalmış adamın yazı yazanda hər cürə namərdliyə məcbur olmasının izahını hələ də tapa bilmirəm.

Kinodakı “qəhrəmanlar”ın əttökən bir yekəbaşlığı var – onlar “ölümün üstünə gedəndə” çox lovğa, pafoslu, bayağı görünürlər.
Bu mənada, Elnurun qəzet köşələrindəki “cəsarətinin” düşük görünməsi, həssas oxucular arasında lağ-lağı obyektinə çevrilməsi, anlayan adamları iyrəndirməsi başadüşüləndir. Çünki o yazıların arxasında xarakter dayanmır, əksinə, bu qara-qışqırıqlar özünəşübhədən, canındakı hazır qorxuya süni təhlükə situasiyaları uydurmaqdan yaranan eyforik çığırtıları xatırladır.
Kuzmanın “Həvəskar mühəndislərə məsləhət” əsərində belə bir yer var: «Sol ayağındakı axsaqlığı gizlətməyin ən asan yolu sağ ayaqla da axsamağa başlamaqdı. Bu halda səndə əyilərək irəliləyən dəniz canavarının görkəmi alınacaq» Bu vələdüzna neçə illərdi ki, mənəvi şikəstliyini “dəniz canavarının” görkəmiylə nəinki ört-basdır eləyib, hətta səmimiyyətindən sadəlöhvlük kimi istifadə olunan müəyyən təbəqəni aldatmağa da nail olub.

Tutaq ki, ədəbiyyatdakı və ya həyatdakı uğursuzluq istənilən adamda komplekslər yarada bilər. Məhz adamların da fərqi bu kompleksləri necə ifadə etməklərindədi. Bu komplekslərlə adam özünü tale qarşısında qürurlu da apara bilər, özünü ləçər yerinə də qoya bilər.
Düzü, ömrümdə Elnur Astanbəyli kimi aferist görməmişəm. Şərəf məsələsində hansı payın yiyəsi olasan ki, onun-bunun üstünə, guya, ölümün üstünə gedən kimi “cəsarətli yazılarla” və eyni zamanda ağır xəstəlik haqqında həkim kağızıyla bərabər gedəsən: “xəstəyəm, mənə dəyməyin, ölərəm”. Bu, nə miskinlikdi, bu nə riyakarlıqdı, döyüşkən ruhun bədəni omamalıdı e, a bala.
Amma bu KEÇƏL çəmini yaxşı tapıb ha: özündən dissident yaratmaq istəyirsənsə, insident yarat.
Ə, fırıldaq, kimə gəlirsən? Kim özünə sığışdırıb sənə deyər ki, Elnur bizi tənqid eləmə və ya sənin kimi ədəbiyyatda istedadsız və diletant birisinin tənqidi kimi narahat eləyər? Sadəcə, sənə hərdənbir deyilir ki, atan yaşında adamlara qarşı yazılarında təhqiramiz notlardan istifadə eləmə. Necə ki, bir küçə uşağı səninkimilərinin atasının qarşısını kəsib, məsələn, çənəsinə bir çırtma vuraraq “Ə, Məmmədalı, ə, fışdırığın gəlsin” desə, bu hətta özünü abırsızlığa qoymuş səninkimilərin də xoşuna gəlməz.
Adama neçə dəfə deyərlər ki, rəsmi mövqe qazanmış ədəbiyyat adamlarının hamısına ucdantutma tipik “məmura nifrət” kompleksiynən yanaşmaq doğru deyil. Onların içində bütün mənalarda fərqli yazarlar var ki, belə adamlara vicdanla yanaşmaq lazımdır.
Dostlardan biri danışmışdı: “avtobusda yanımda oturan bir xanımdan səmimiyyətlə saatı soruşanda, o “bu dəyğa səni polisə təhvil verrəm” dedi. Şərə, şantaja, qara-qışqırığa hazır “stoykada” dayanmış bu “xanım”dan mən sonradan kişilərin də içində gördüm”.
A bala, “Azadlıq radiosu”na, onun “Oxu zalı”na, onun da Rövşən Qənbərovuna kim nə dedi axı? Sadəcə, izah eləməyə çalışdıq ki, ədəbiyyata siyasi deyil, ədəbiyyat meyarlarından yanaşmaq lazımdır. Bunun harası linç idi ki? Adi bir ədəbiyyat polemikasını linç hesab eləmək şüvənliyi salırsansa, sənin həmin avtobusda saatın soruşulduğu həmin arvaddan nə fərqin oldu? Hərçənd məntiqidi: balaca adamların boyu qurşaqdan aşağı vurmağa çatar.

Bax belə-belə şeylərə görə Astanbəylinin köşə “cəsarəti” gülüş obyektinə dönüb. Əlində balaca bir köşə ola-ola camaatı asıb-kəsən adam hakimiyyəti despotluqda itiiham eləyəndə, Rəhman Bədəlov, Niyazi Mehdi, Zeynal Məmmədli kimi adamları “bir jek müdirinə mıkk etməyə cəsarəti çatmayan” adamlar adlandırıraq oxucunu aldada-aldada hakimiyyəti yalançılıqda suçlayanda, adama ancaq gülərlər, hoydu-hoyduya götürərlər, vedrə bağlayarlar. Ə, əxlaq polisi, sənin “quracağın Azərbaycanın” əxlaqı bu olacaq? Onda mən bəri başdan səninkimilərin quracağı o Azərbaycana tüpürürəm.
Özü də, “mıkk” eləmək nə böyük şeydi ki, ay görməmiş? Camaat ədəbiyyatda da, cəmiyətdə də “mıkk” eləyəndə sən hər ikisində qoşma moşuçuluğuynan məşğul idin.

Adama neçə dəfə deyərlər ki, Elnur, burnunu hər yerə soxma. Bircə misra şeir yazmayan sənin axı ədəbiyyat haqqında söhbətlərlə nə işin var? Yapışdığın o bəsit arqumenti də tulla getsin ki, guya, yumurtanın dadı haqqında danışmaqçün yumurtlamağa ehtiyac yoxdu. Ay sən öləsən, bu o halda doğrudu ki, ədəbiyyat haqqında oxucu kimi danışasan. Yox, əgər sən qıcqırmış bayatılarınla ədəbiyyata da iddialı kimi danışırsansa, onda mütləq yumurtlamalısan, başqa yolun yoxdu.

Hərçənd günah Azərbaycandakı beş-altı istedadlı adamlardadı ki, abırlarına qısılıb sənin kimi tör-töküntülərin bir suçu naşılığıynan ədəbiyyatda da meydan sulamasına imkan veriblər.
Camaatı niyə aldadırsan, ə, dılğır. Özünçün uydurduğun saxta cəfakeş obrazını iki dəqiqəyə dağıdaram.
Nə isə... Sifətin ütüyə çevrilməsi pis şeydi – tüpürcək də götürmür ki, tüpürəsən.

P.S. Oxucular bilirlər ki, bu, mənim yazı üslubum deyildi. Mən Elnurla onun öz “üslubunda” danışdım.