Divarı söküb oğurluq edənlər tutuldu - Kriminal xəbərlər

divari-sokub-ogurluq-edenler-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 661

Xəzər RPİ 2-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrilə axtarışda olan Fazil Kərimov yanvarın 10-da yaxalanıb.

Yanvarın 6-da Pirşağı qəsəbəsində yaşayan Zibəndə Rzayevanın həyətində yerləşən qarajdan divarı sökmə yolu ilə mənzilə keçməklə 4000 manat və qızıl-zinət əşyaları oğurlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Tağıyev, Maqsud Qəhrəmanov və Ülvi Əsədov yanvarın 10-da tutulub.

Noyabrın 24-də Turşu küçəsində Bərdə rayon sakini Rövşən Cəfərov Bakı şəhər sakini Reyhan Atayevanın içərisində 12600 manat olan əl çantasını əlindən alaraq qaçıb. Xətai RPİ CAŞ və 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Rövşən Cəfərov yanvarın 10-da tutulub.