Dolu gözlənilir – Xəbərdarlıq

dolu-gozlenilir-xeberdarliq
Oxunma sayı: 669

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Nigar Məmmədli