Dönər onun həyatını xilas etdi

doner-onun-heyatini-xilas-etdi-
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, “Daily Mail”in xəbərində bildirilir ki, Hobbs dönər alıb evə dönərkən Jamie Edney adlı bir nəfərin hücumuna məruz qalıb.

Edney tərəfindən boynundan bıçaqlanan Hobbs qanaxmanı yaranın üzərinə basdığı açılmamış dönər paketiylə azaldıb. Bu zaman qohumu bir dəsmal taparaq yaranı sarıyıb.

Həkimlər Hobbsa bunun sayəsində sağ qaldığını deyiblər. Çünki təcili yardım əməkdaşları onu xəstəxanaya yetişdirmək üçün xeyli vaxt sərf ediblər.

Bundan başqa, Hobbsun arteial qan damarı və nəfəs borusu kəslmədiyi üçün şanslı olduğu bildirilib.