Dörd gün evdəyik

dord-gun-evdeyik-
Oxunma sayı: 685

Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, hökumət Ramazan bayramı ilə bağlı iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib. Qərara görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib.

Beləliklə avqustun 28, 29, 30 və 31-i qeyri-iş günü olacaq.
Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayıb.

Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə ) təsadüf edəcək.

Nigar Məmmədli