Dörd nəfər diri-diri yandı – Foto

dord-nefer-diri-diri-yandi-foto-
Oxunma sayı: 698

“Qafqazinfo” SİA-ya istinadən xəbər verir ki, Bakı Qazax yolunun 103-cü kilometrliyində VAZ 2106 markalı dövlət qeydiyyat nişan nömrəsi 43 BA 328 olan maşınla VAZ 2106 markalı dövlət qeydiyyat nişan nömrəsi 24 BB 353 olan avtomaşın toqquşub və yanğın baş verib. Nəticədə hər iki maşının sürücüsü xəsarət alıb, 24 BB 353 nömrəli maşında olan bir ailənin 4 üzvü isə faciyəli şəkildə yanaraq ölüblər.

Maşında həlak olanlar İbrahimova Nərminə Şahı qızı və onun nəvələri azyaşlı Babayeva Aydan və Xanım, həmçinin İbrahimov Nicat Vüsal oğludur. Maşında uşaqları ilə bir yerdə olan ana Babayeva Ruhiyyə Rayət qızı və bacısı Sevinc, eləcə də sürücü Qaçayev Rasim İlham öğlu sürücülərlə birgə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həlak olanlar və yaralananlar Hacıqabul rayon sakinləridir.

İlkin versiyaya görə hadisənin baş verməsində günahkar Atamoğlanov Alxan Balaxan oğludur. Sürücü sərxoş vəziyyətdə olub. Hadisə yerinə FHN-nin Hacıqabul rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası, həmçinin xilasedicilər cəlb edilib.

Hissə rəisi Namazovun verdiyi məlumata görə, yanğın 10 dəqiqəyə söndürülüb. Hadisə yerinə Hacıqabul rayon prokuroru Abduləli İsmayılov da gəlib.