Dördmərtəbəli ev çökdü, ölənlər var

dordmertebeli-ev-cokdu-olenler-var
Oxunma sayı: 677

Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Trend-in Tehran yanğınsöndürmə idarəsinə istinadən verdiyi məlumata əsasən, hadisəyə 5 gündür davam edən aramsız yağış səbəb olub. 40 illik tarixi olan bina tamamilə dağılıb.

İlk dəfədir ki, Tehranda ard-arda 5 gün yağış yağır, şəhərin əsas küçə və meydanlarında yağış suyu toplanıb. Yağış küçələrdə onsuz da tıxacları ilə məşhur olan Tehranda daha böyük tıxacların yaranmasına, bəzi yerlərdə telefon xətlərinin sıradan çıxmasına, bəzi regionlarda qazın kəsilməsinə səbəb olub.

Yağışın yaratdığı problemlərə baxmayaraq, əhali yağış yağmasına sevinir. Həmişə çirkli havası olan bu şəhərdə artıq 5 gündür ki, əhali təmiz hava qəbul edə bilir.