Doug Leavans açıqlama verdi

doug-leavans-aciqlama-verdi-
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, Doug Leavans açıqlamasında qeyd edib ki, “KredAqro” BOKT və “Texnikabank” ASC arasında 4 milyonluq qalmaqal yaşanması haqqında mətbuatda dərc olunan yazılarla əlaqədar qətiyyətlə bildirirəm ki, Texnikabank və KredAqro münasibətlərində heç bir qalmaqal və yaxud digər anlaşılmazlıq yoxdur. Eyni zamanda maliyyə qurumları arasında hal-hazırda heç bir kredit və yaxud digər öhdəliklər mövcud deyildir.

Əlavə olaraq bildirirəm ki, uzun illərdir ki, “KredAqro” BOKT, “Texnikabank” ASC-nin bank, sığorta, broker xidmətlərindən istifadə edir. Biz Müşahidə Şurası və İdarə Heyəti “Texnikabank” ASC-nin bizə göstərdiyi xidmətlərdən çox məmnunuq və Texnikabankın bütün kollektivinə təşəkkürümüzü bildiririk.

Mətbuatda gedən yazıları qınayır və insanların qərəzli münasibəti kimi dəyərləndiririk.

Qeyd edək ki, sözügedən materialların mətbuata ötürüldüyü elektron poçtun da saxta olduğu üçə çıxıb.