Dövlət məmurları Ağsuda

dovlet-memurlari-agsuda
Oxunma sayı: 676

Bu barədə AzadlıqRadiosuna Ağsu Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Abid Şərifovu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov müşayiət edir. Rəsmilər sürüşmə baş verən ərazilərə baxış keçiriblər.

İcra Hakimiyyətindən verilən məlumata görə, hökumət nümayəndələri hazırda Şamaxı rayonunun Muğanlı kəndindəki sürüşmə zonasında müşavirə keçirir.

Müşavirədən sonra zərərçəkənlər üçün yeni evlərin tikilməsi barədə yekun qərar veriləcək.

Şamaxının Muğanlı kəndindən başlayaraq, Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-də (Muğanlı kəndi ərazisində), həmçinin 140, 141, 142, 146 km-də Ağsu aşırımı ərazisində yol tamamilə çöküb. Bununla əlaqədar Ağsu aşırımı 3 gündür ki, bağlıdır.