“Dövlət müstəqilliyinin əleyhinə səs versəm də...” - Etiraf

dovlet-musteqilliyinin-eleyhine-ses-versem-de-etiraf
Oxunma sayı: 676



Bu gün Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd edilir. 1991-ci ildə keçmiş Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin aktın lehinə sessiyada iştirak etmiş deputatlardan yalnız 43-ü səs verib. Böyük bir qism deputat isə Azərbaycanın müstəqilliyinin əleyhinə səs verib.

Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən həmin deputatlardan biri olan Arif Rəhimzadə bu gün də Milli Məclisdə təmsil olunur.

Modern.az saytının əməkdaşı Arif Rəhimzadədən 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına niyə səs verməməsinin səbəbini soruşub.

Deputat saytımıza eksklüziv açıqlamasında deyib ki, həmin səbəblərə toxunmaq istəmir: “Müəyyən səblərdən həmin sənədin əleyhinə səs vermişəm. Amma hesab edirəm ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına səs verməsəm də, müstəqil Azərbaycan Respublikasının inkişafı naminə xidmətlərim daha böyük olub”.

Modern.az-ın “bəlkə o zaman sözügedən sənədin əleyhinə səs verməyiniz sizin siyasi uzaqgörməzliyinizdən irəli gəlib” sualına A.Rəhimzadə “yox, mən həmin səbbləri açıqlaya bilmərəm” deyə cavablandırıb.