Dövlət Neft Fonduna 60 milyard dollar vəsait daxil olub

dovlet-neft-fonduna-60-milyard-dollar-vesait-daxil-olub-
Oxunma sayı: 923

2001-ci ildə ARDNF-nin vəsaitləri 491,5 milyon dollar səviyyəsində olub, on il ərzində onlar 65 dəfə artaraq 32 milyard dollara çatıb.

"Dövlət Neft Fondunun vəsaitləri region üçün əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələrin, eləcə də qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəratinin yaxşılaşdırılmasına yönəldilib", - o deyib.

2011-ci il yanvarın 1-nə ARDNF-nin aktivləri 22,8 milyard dollar təşkil edib. Mövsümovun sözlərinə görə, fondun cari aktivləri 32 milyard dollardır.

Bu il fondun gəlirlərinin 12 796,2 milyon manat səviyyəsində olacağı gözlənilir.

ARDNF-nin Nizamnaməsinə görə, Fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummilli problemlərin həlli üçün istifadə oluna bilər. 2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm infrastruktur sahələrin, eləcə də ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda irriqasiya, nəqliyyat sahəsində bir sıra mühüm layihələr maliyyələşdirilir.

Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.