Dövlət qulluqçularının maaşı azaldılacaq

dovlet-qulluqcularinin-maasi-azaldilacaq
Oxunma sayı: 667

“Qafqazinfo”nun lenta.ru saytına istinadən xəbərinə görə, səsvermə oktyabrın 20-də axşam keçirilib.
Yunanıstan hökuməti tərəfindən sentyabrın sonunda elan edilmiş antiböhran planı pensiyaların azaldılması, daşınmaz əmlaka əlavə vergi, özəlləşdirmənin tempinin sürətlənməsi, həmçinin 10 min dövlət qulluqçusunun əmək haqlarının yarıyadək azaldılmasını nəzərdə tutur.
Bu antiböhran planının qəbulunun Yunanıstana Beynəlxalq Valyuta Fondu və Avropa Avropa Birliyindən səkkiz milyard dollar maliyyə yardımın ayrılması üçün vacib şərt olduğu bildirilir. Yunanıstan parlamenti antiböhran planını təsdiq etməsnə baxmayarq, Almaniya hökuməti bəyan edib ki, kreditorlar hələ maliyyə yardımının növbəti tranşının ayrılmasını elan etməyiblər.
Parlamentdə səsvermə gedərkən hökumətin antiböhran planına etiraz olaraq ikigünlük tətil davam edib. Oktyabrın 19-20-də parlamentin binası qarşısında minlərlə nümayişçi toplaşıb. Nümayişçilərlə polis arasında baş verən qarşıdurmada 16 nəfər xəsarət alıb. Afinadakı etiraz aksiyasında bir nəfər ürək tutmasından dünyasını dəyişib.
Xatırldaq ki, Yunanıstanın dövlət borcu 350 milyard avroya yaxınlaşır.