Döyülən futbolçunun videosu yayıldı – Video

doyulen-futbolcunun-videosu-yayildi-video
Oxunma sayı: 680

Paltardəyişmə otağından çıxarkən naməlum bir neçə şəxs "Bakı" klubunun futbolçusu Elvin Əliyevə hücum edərək onu döyüb yaralayıblar. Elvinin üz-gözü qan içində olub. Polislər baş verən olaya müdaxilə etsələr də, çətinlik çəkiblər. Ancaq tərəfləri ayırmaq mümkün olub.


Baş vermiş hadisə ilə bağlı "Bakı" və "Neftçi" klubları bəyanat yayıb. Həmin bəyanatları təqdim dirik.

"Bakı" FK

"Oyundan sonra yaşanan olaylar bizi üzdü. Futbolçumuzun təzyiqə məruz qalması idman prinsiplərinə yad, Azərbaycan idmanına yaraşmayan hərəkət kimi dəyərləndirildi. Olaydan dərhal sonra klub rəhbərləri bir araya gələrək oyundan sonra yaşanan hadisələri analiz edib və münasibət bildiriblər. Hadisənin anlaşılmazlıqdan yarandığı təsdiqini tapıb, tərəflər bütün məsələlərə aydınlıq gətiriblər.

"Bakı" futbol klubu "Neftçi" rəhbərliyinin səmimiyyəti və operativ reaksiyası nəticəsində klub rəhbərliyinin üzrxahlığını və günahkarların aşkarlanaraq cəzalanacağı vədini qəbul edir. "Neftçi" - "Bakı" qarşılaşmasından sonra yaşanan halların bir daha təkrarlanmaması ümidi ilə məsələnin bağlandığını bildirir".

"Neftçi" PFK

"Azərbaycan Premyer Liqasının 7-ci turunun "Neftci" - "Bakı" görüşündən sonra "Bakı" klubunun futbolçusu Elvin Əliyevlə bağlı baş vermiş olaylarla əlaqədar hər iki klubun rəsmiləri bir araya gələrək, hadisələrə münasibət bildiriblər. Bütün məsələlərə aydınlıq gətirildikdən sonra, hadisənin anlaşılmazlıqdan yarandığı təsdiqlənib. Həm "Neftçi", həm də "Bakı" klubu bu cür halların bir daha yaşanmaması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb".

Bakn.flv