“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Beştaş cəsədlər üzərində aparılan təhqiqatda güllə yarasına rast gəlinmədiyini, bunun da kimyəvi silah iddiasını qüvvətləndirdiyini qeyd edib.
Hələ Malatya xəstəxanasında morqda saxlanılan və 24 nəfər olduğu açıqlanan PKK terrorçuları üzərində təhqiqat işləri başa çatmayıb. BDP isə əməliyyatlarda kimyəvi silahdan istifadə olunduğunda təkid edir.
Beştaş hesab edir ki, iddianı sükutla qarşılmaq ölkəni xaosa sürükləmək istəyənlərə xidmət göstərməkdir. Hökumətdən meyitlərin yarılmasının nəticələrini tələb edən Beştaş, kimyəvi silah işlədilməsi və saxlanmasının 29 aprel 1997-ci ildə qüvvəyə minən müqaviləyə zidd olduğunu bildirib.