BDU-da Çin dilində mahnı müsabiqəsi

BDU-da Çin dilində mahnı müsabiqəsi
Oxunma sayı: 25

Bakı Dövlət Universiteti Konfutsi İnstitutunun yaranmasının altıncı ildönümü münasibətilə Çin dilində mahnı müsabiqəsi keçirib.

Ali Məktəbdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli tədbiri açaraq bildirib ki, Azərbaycanda Çin dili tədrisinin inkişafına həsr olunan müsabiqənin təşkilinin məqsədi ölkəmizdə bu dilə marağı artırmaqdır. O bu il Konfutsi İnstitutunun yaranmasının altıncı ildönümü münasibətilə Bakıda bir sıra tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.

Konfutsi İnstitutunun Çin üzrə direktoru xanım Luo Siaocı bildirib ki, bu gün Çin dilini, ümumiyyətlə, Çin mədəniyyətini sevənlərin bayramıdır. 2011-ci il aprelin 22-də BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. Ötən altı il ərzində bir çox çətinliklərin öhdəsindən gəldik, uğurlar əldə etdik. Hər il Azərbaycanda Çin dilinə artan maraq buna əyani sübutdur.

Çinin Azərbaycandakı səfirinin katibi Zheng Haining səfir Vey Cinhuanın təbriklərini tədbir iştirakçılarına çatdırıb. 

Sonra müsabiqə çərçivəsində Çin dilini öyrənən, Çin milli mədəniyyətini sevən azərbaycanlılar bilik və bacarıqlarını nümayiş etdiriblər. 

Müsabiqənin sonunda ilk üç yerə layiq görülənlərə və fərqlənənlərə mükafatlar təqdim olunub.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi