BDU-da Həmrəylik günü

bdu-da-hemreylik-gunu
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən akademik Abel Məhərrəmov bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığını bildirib.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə Dövlət Komitəsinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi və bütövlüyü naminə çalışdığını, dünya azərbaycanlılarının Vətən nanimə təşkilatlanmaları istiqamətində mühüm addımlar atdığını qeyd edib.

Dövlət Komitəsinin sədri ötən müddət ərzində diaspor quruculuğu və azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən işlərdən danışıb, gələcək planlar haqqında ətraflı məlumat verib.