BDU-da yoxlama başlayıb

bdu-da-yoxlama-baslayib
Oxunma sayı: 6017

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində yoxlamalar başlayıb.

“Qafqazinfo” Yenicag.az-a istinadən xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.

Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.