BDU köçürülən yataqxanalarla bağlı planlarını açıqladı - Fotolar

bdu-kocurulen-yataqxanalarla-bagli-planlarini-aciqladi-fotolar
Oxunma sayı: 654

“Məcburi köçkünlərin yataqxananın ərazisindən köçürülməsi başa çatdırılan kimi, yataqxana komplekinin sökülməsi nəzərdə tutulur”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Bakı Dövlət Universitetinin inzibati təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsindən sonra həmin binalara tələbələrin köçürülüb-köçürülməyəcəyi ilə bağlı mövzunu şərh edərkən söyləyib.

N. Ramazanlı bildirib ki, il yarım öncədən yataqxana kompleksinin yenidən qurulması ilə bağlı start verilib: “Bu barədə ölkə rəhbərinə müraciət etdik və layihələndirmə işlərinə artıq başlanılıb. Demək olar ki, layihələndirmə işləri də 60-70 faiz başa çatdırılıb. Orada böyük bir kompleks- kampus sistemi inkişaf etmiş universitetlərdə olduğu kimi qurulacaq. Kimsə desə ki, həmin o 5 mərtəbəli, köhnə yataqxanalar yenidən təmir olunub tələbələrin istifadəsinə verilsin bu absurddur”.

Fotolar həftə içi qəzetinə aiddir

Gülnar