BDU-nun daha bir tələbəsinin meyiti tapıldı

bdu-nun-daha-bir-telebesinin-meyiti-tapildi
Oxunma sayı: 717

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Naxçıvanski küçəsi ev 12-də yaşayan 19 yaşlı Nərgiz Qasımova müəmmalı şəraitdə ölüb. Nərgizin meyitini onunla eyni evdə yaşayan qohumu aşkarlayıb.

Onun hansı səbəbdən ölməsi məlum deyil. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Onu da əlavə edək ki, N.Qasımova Bakı Dövlət Universitetinin fizika fakültəsinin 3-cü kurs tələbəsi olub.