BDU-nun prorektoru beynəlxalq tədbirdə

BDU-nun prorektoru beynəlxalq tədbirdə
Oxunma sayı: 519

Bakı Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru, dosent Vüqar Mehrabov Moldovanın Kişinyov şəhərində keçirilmiş Qara Dəniz Hövzəsi Universitetləri Birliyinin (BSUN – Black Sea Universities Network) İdarə Heyətinin iclasında iştirak edib. 

BDU-dan “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclasda BSUN-un 2018-2019-cu illər üçün strateji planının yenidən nəzərdən keçirilməsi, prioritet məsələlərin bir daha dəqiqləşdirilməsi, 2018-ci il üçün fəaliyyət planının təsdiqi, inzibati məsələlər müzakirə olunub. 

Tədbirin ilk günü Moldova Texniki Universitetinin “İnformasiya kommunikasiya texnologiyaları” fakültəsinin 50 illik yubiley tədbirinə həsr olunmuş Beynəlxalq konfrans keçirilib.  Konfransın rəsmi hissəsində Moldovanın Təhsil, Mədəniyyət və Elmi araşdırmalar naziri Monika Babuc, Moldova Texniki Universitetin rektoru, professor Viorel Bostan və BSUN-un İdarə Heyətinin sədri professor Eden Mamut çıxış edib. BSUN-un 2018-2020-ci illərdə prezidenti olacaq Yunanıstanın Aristotel Universitetinin rektoru, professor Periles Mitkasın sədrliyi ilə davam etdirilən tədbirdə, eyni zamanda, BSUN-un İdarə Heyətinin sədri professor Eden Mamut 2017-ci ildə görülmüş işlər və gələcək fəaliyyət planları, prioritet layihələr barədə məlumat verib. Qeyd edək ki, BSUN-un 2019-cu ildə nəzərdə tutulan fəaliyyət planına BDU-nun 100 illik yubileyi ilə bağlı təşkilatın görəcəyi işlər də daxil edilib. Məlumat və gələcək fəaliyyət planı İdarə Heyətinin üzvləri tərəfindən yekdilliklə bəyənilib. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi