BDU-nun Qazax filialının direktoru vəfat etdi

BDU-nun Qazax filialının direktoru vəfat etdi
Oxunma sayı: 2334

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, həm də universitetin coğrafiya fakültəsinin kafedra müdiri olub.

Əfəndiyev 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi