BDU-nun tələbəsi itkin düşüb - Foto

bdu-nun-telebesi-itkin-dusub
Oxunma sayı: 3573

Goranboy rayon sakinindən altı gündür ki, xəbər yoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mais Aslan oğlu Qurbanovun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar. Onların sözlərinə görə, fevralın 17-də Bakıya gəlmək üçün Gəncədən yola düşən Maisdən həmin vaxtdan bəri xəbər yoxdur.

Qeyd edilir ki, M.Qurbanov Bakı Dövlət Universitetinin hüquq fakultəsinin birinci kurs tələbəsidir.